Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


03.09.2019  12:57 

Köçəryanın tərəfdarları məhkəmə önündə aksiya keçirir





A+  A-

Bu gün Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın Konstitusiya Məhkəməsində işinə baxılması üçün proses keçirilməsi nəzərdə tutulub.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, sabiq dövlət başçısının tərəfdarları bu münasibətlə səhər saatlarında məhkəmə önündə toplaşaraq aksiya keçirirlər.

Qeyd olunur ki, avqustun 29-da Konstitusiya Məhkəməsi Köçəryanın müdafiəsi üçün təqdim edilən bir neçə ərizəyə baxmalı idi. Söhbət Ermənistan

Cinayət Prosessual Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi (qabaqlayıcı tədbirlərin tətbiqi üçün əsaslar) və 35-ci maddəsi (cinayət prosesini və ya cinayət təqibini istisna edən hallar) ilə bağlı müraciətlərdən gedir.

Lakin məkəmə iclasının sentyabrın 3-ü saat 11: 00-a qədər təxirə salınması qərara alınıb.

Etirazçılar “Köçəryan qəhrəmandır” şüarını səsləndirirlər.Keçmiş prezidentin kiçik oğlu Levon Koçaryan da Konstitusiya Məhkəməsinin binasına gəlib.

Aksiyaçılar arasında Köçəryanın əleyhdarları da var.

Qeyd edək ki, 2008-ci il aksiyaları zamanı konstitusion nizamı pozmaqda ittiham edilən Robert Köçəryan iyunun 25-də yenidən həbs edilib.

Xəbər 1368 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +