Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham


17.08.2017  23:51 

“Eşitmişəm mənə “fərari” deyirlər” - Ramil Quliyev ittihamlardan danışdı





A+  A-

“Azərbaycanda yüngül atletikaya münasibətlə bağlı bir söz demək istəmirəm, ancaq belə bir uğuru orada qazana biləcəyimə də ehtimal vermirəm”.
XəzərNews.az xəbər verir ki, bunu Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında Türkiyə yığmasının tərkibində 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev APA-ya müsahibəsində deyib.

İdmançı Azərbaycanda ölkəni tərk etdiyinə görə onu günahlandıranlara da münasibət bildirib: “Mənim barəmdə orada “fərari” sözünün işlədildiyini eşitmişəm. Mən ölkəmi sevirəm, hazırda mənim iki vətənim var - bu, “Bir millət, iki dövlət”dir. Ancaq açıq deməliyəm ki, bu uğuru ordakı şərtlər daxilində Azərbaycanda qazanmağım mümkün deyildi. Kim deyirsə ki “ölkəmi sevmirəm” - mən mənasız fikirlər barədə danışmaq belə istəmirəm. Mən iki ölkənin bayrağını ucaltmışam, bu, oranı tərk edəndən sonra mənim böyük arzum idi. Düşünürdüm ki, böyük yarışlarda böyük uğurlar qazanacağam. Avropa çempionatında bunun həyata keçirəcəyimə inanırdım, ancaq keçən il çempionatda iqlim çox pis idi, soyuğa görə yaxşı yarışa bilmədim. İslam oyunlarında iştirak etməyim mənim üçün çox mühüm idi. Evimdə məni hərarətlə qarşıladılar. Çox sevincli idim, oradakı uğurumu daha böyük yerlərdə təkrarlamağım lazım idi. Dünya çempionu olub iki bayraq qaldırmaq mənim üçün böyük xoşbəxtlikdir”.

Xatırladaq ki, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Ramil Quliyevi fərari adlandırmışdı: “Ramil Quliyevi "Fənərbaxça"ya biz göndərmişik. Ona icazə verdik. İstanbul klubundan heç kim pul almadı. Ramil Quliyev özü də bunu qeyd etmişdi. Biz onu Azərbaycan çempionatına dəvət edirik. Gəlir və çıxış edirdi. Sonra məlum oldu ki, o, bir müddətdir Türkiyə vətəndaşlığını qəbul edib. Biz onu buraxmırdıq. Beynəlxalq qaydalara görə bir idmançı başqa ölkə vətəndaşlığını qəbul edirsə, 3 il çıxış edə bilməz. Amma Ramil 2 il sonra Türkiyə bayrağı altında çıxış etdi. Niyə? Çünki 1 il idi ki, vətəndaşlığı qəbul etmişdi. İndi də deyirəm, Ramil fəraridir”.

Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +