Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


06.03.2017  16:58 

“Oğlu liftdəki qadınlardan birini zorlamışdı” - “MTN işi”





A+  A-

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, “Techmarin LTD” şirkətinin payçısı Səhrab Abdullayev istintaqa verdiyi ifadəni təkzib edib və təqsirləndirilən şəxslərin hər hansı təzyiqə məruz qalmadığını deyib: “Məndən şirkətin digər payçısı Arif Həsənov şikayət etmişdi. O, MTN-ə demişdi ki, guya, mən “İŞİD”ın üzvüyəm. Arif Həsənov özü şirkətdə qanunsuz işlərlə məşğul idi. Gəmilərdən yağ oğurlayıb əvəzində su tökürdü, liftə kamera qoyub qadınlara baxırdı, hətta oğlu orada qadınların birini zorlamışdı”.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, “Techmarin LTD” şirkəti gəmi təmiri ilə məşğul olub. İttihama görə, həbsdə olan MTN polkovniki Füzuli Əliyev onu nazirliyə çağırıb hədələyərək 500 min manat alıb.

Xəbər 2277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +