Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


27.10.2022  10:57 

Çingiz Abdullayev, bəs sən niyə utanıb-ölmürsən?!





A+  A-

Bu gün Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilib. Günün əvvəlindən bəlli idi ki, bu qurultay üçün 203 min manat pul ayrılıb. Qurultayın sonunda jurnalistlər AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayevə həmin məbləğlə bağlı sual veriblər.

Amma Abdullayev böyük mədəniyyətsizlik nümayiş etdirərək onların sualına aşağıdakı kimi cavab verib:

- Siz başa düşmürsünüz, hələ utanmırsınız, xalq yazıçıdan soruşursunuz, pullara... Özün ölmürsən, utanmığdan...

Azərbaycan Xalq yazıçısınını guya azərbaycan dilində verdiyi cavabı olduğu kimi təqdim etdik. Amma xalq dilində buna erməni budaq cümləsi deyilir...

Bu isə cavab deyil. Təhqirdir. Söyüşdür.

Əslində, məşhur yazıçının cavabı fərqli olmalı idi. O, ilk növbədə AYB-ni hədəfə çevirən ittihama - 203 min manatın bir gündə necə havaya sovurulduğuna aydınlıq gətirməli idi. Deməyə sözü olmasa belə, sözü sözə calayıb vəziyyətdən çıxmağa çalışmalı idi. Axı, Allah qoymasa, guya söz adamıdır... Abdullayevin bu söyüşü göstərir ki, deməyə sözü yoxdur. Ona görə ki, sözügedən 203 min manatın hara xərclənməsi ilə bağlı ortada şəffaf hesabat yoxdur.

Abdullayev və onun kimiləri verməyə, yəni hesabat verməyə deyil, almağa öyrəşiblər. Ona görə də verilən suala mədəni adam kimi cavab verməyi bacarmırlar. Bu ölkədə ən asan iş jurnalistləri söymək, təhqir etməkdir.

Vaxtilə bunu çoxları edib. Amma barışmağa da üz yeri qoyublar. Çingiz Abdullayev isə bunu bacarmadı. Əslində, bu cavabı ilə jurnalistləri deyil, özünü öldürdü. İndiyə kimi əsərlərində çox adamı öldürmüşdü. Nəhayət, növbə özünə də çatdı.

Ona rəhmət düşüb-düşmədiyi isə Ulu Yaradanın təqdirindədir.

Onsuz da, o, həmişə özünə cəhənnəmi arzulayıb.

Yolu açıq olsun...

Seymur Verdizadə

Xəbər 1124 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +