İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu


08.02.2017  16:05 

Siqaret problemi böyüyür - Firmalar satışdan imtina edib





A+  A-

 

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nəğdsiz satışına keçildikdən sonra firmalar topdansatışı demək olar ki, məhdudlaşdırıb.

İş adamının sözlərinə görə, siqaretin nəğd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: "Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir".

Sayt yazır ki, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla “qara bazar”dan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar “Kent”, “West” və “Winston” şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: "“Qara bazar”da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır” - deyə sahibkar qeyd edib.

 



Xəbər 2595 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +