Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


29.01.2025  13:50 

Son 24 saatda 193 döyüş toqquşması...





A+  A-

Son 24 saat ərzində cəbhədə Ukrayna hərbçiləri ilə Rusiya ordusu arasında 193 döyüş toqquşması qeydə alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Rusların hücumlarının demək olar ki, yarısı Pokrovski istiqamətində baş verib.

Donetsk bölgəsi cəbhənin ən isti bölgələrindən biri olaraq qalır - bir gündə ruslar Torets istiqamətinə 20 dəfə, Siversky istiqamətinə 17 dəfə, Kramatorsk istiqamətinə isə 11 dəfə hücum edib.

Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələri Vovçansk və Staritsa yaxınlığında 7 döyüşdə iştirak edib. Kupyansk yaxınlığında ruslar Kutkovka, Kondraşovka, Dvureçnaya, Petrovpavlovka, Novaya Kruglyakovka və Boquslavka ərazilərində 14 dəfə irəliləməyə cəhd ediblər.

Kursk vilayətində müdafiə qüvvələrinin əməliyyat zonasında 10 silahlı toqquşma qeydə alınıb. Ruslar artilleriyadan 400 dəfədən çox atəşə tutub və 34 idarə olunan aviabomba atıblar.

Xəbər 3806 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +