Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


14.01.2020  14:09 

Mənzildən 76 minlik oğurluq edən dəstə üzvləri saxlanıldı





A+  A-

Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri Elmir Əsgərov və Cəfər Əlibəyli tutulublar.

Qeyd edək ki, mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan Tural Abbasov verib. O, həmin tarixdə ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.

Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Daha sonra dəstə üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsi ilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də istintaqa cəlb ediliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.

Xəbər 1549 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +