Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


22.06.2022  17:00 

Borcunu ödəyib, amma... - “Kontakt Home“ ilə bağlı İDDİA





A+  A-

"ABC Telecom" MMC-yə məxsus "Kontakt Home" mağazalar şəbəkəsindən aldığı telefona görə krediti tam ödəyib, ancaq mağaza həmin şəxsin hələ də kredit borcu olduğunu iddia edir.

XəzərNews.az xəbər verir ki, bunu tanınmış jurnalist Elmir Muradov özünün şəxsi "facebook" səhifəsində yazıb.

O qeyd edib ki, keçən ilin il iyulun 18-də "Kontakt Home"dan kreditlə telefon alıb.

"Ərafımdakı dostlar, tanışlar "Kontakt Home"dan heç vaxt, heç nə alma deyirdilər, amma qulaq asmadım. Həytımda ilk dəfə kreditə telefon götürdüm, onda da ortaya problem çıxdı. Kreditin əksər vaxtlar ödənişini daha tez, daha çox ödəyirdim ki, məbləğ tez bitsin, canım da qurtarsın. Axırıncı dəfə "Paypoint"dən 32 manat ödədim, kreditimin bitdiyini sanırdım. Amma şirkət iddia edir ki, bitməyib. Tərslikdən də çekləri saxlamamışam. Məbləği ödəyəcəm, çünki özü yıxılan ağlamaz. Vaxtında dostların sözünü dinləsəydim belə də olmazdı. Sadəcə indi "Kontakt Home"-dan ödədiklərimi yazılı formada mənə təqdim etmələrini istəyirəm, verə bilmədiklərini bildirirlər. Mən də deyirəm əgər şəffafsınızsa, aldatmırsınızsa niyə ödəniş kağızını təqdim etmirsiniz, nədən çəkinirsiz?. Susurlar, susurlarsa deməli bundan sonra ordan nəsə almaq lazım deyil", - deyə E.Muradov bildirib.

Xəbər 1647 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +