Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


16.05.2021  13:27 

Vətən müharibəsi iştirakçısı vəfat etdi





A+  A-

Vətən müharibəsi iştirakçısı, Ağdaş rayonunun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Niyazi Gündüz oğlu İbrahimli mayın 14-də axşam saatlarında vəfat edib.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Ağdaş rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Mahir Musayev məlumat verib. Qeyd edib ki, səhhətində problem olduğu üçün Bakı şəhərinə gətirilsə də, qazinin həyatını xilas etmək mümkün olmayıb.

Onun sözlərinə görə, 28 yaşlı qazi ötən ilin dekabrında ordudan tərxis olunub. Bir müddət əvvəl koronavirusa yoluxan qazinin qəfildən səhhəti pisləşib:

“N. İbrahimli tərxis olunandan sonra səhhəti ilə bağlı hər hansı şikayəti olmayıb. Bir müddət əvvəl koronavirusa yoluxub, sağalandan təxminən bir ay sonra halı qəfildən pisləşib, ürəyində problem yaranıb. Mingəçevir xəstəxanasına, oradan da göndərişlə Bakıya aparılıb. Lakin hələ hansı səbəbdən vəfat etməsilə bağlı məlumat verilməyib”.

İcra hakimiyyəti rəsmisi bildirib ki, qazi dünən doğulduğu kənddə dəfn olunub.

Xatırladaq ki, N. İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb. Ailəli idi, bir övladı var.

Xəbər 2135 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +