Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


13.05.2021  14:32 

Sabah 32 dərəcə isti olacaq





A+  A-

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 23-28 isti, Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində - 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-20 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 isti, gündüz 27-32 isti, dağlarda gecə 6-11 isti, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 1958 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +