Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


27.01.2021  14:11 

“Qaçqınkom”un bu bölmələri ləğv edildi





A+  A-

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya qurumdan məlumat verilib. Bildirilib ki, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb.

“Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca “Məşğulluq sektoru” yaradılıb.

“İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə” şöbəsinin “İnformasiya texnologiyaları” və “Elektron idarəetmə” sektorları birləşdirilib. “Sosial təminat və kommunal xidmətlər” şöbəsinin tərkibindəki “Sosial təminat və kommunal xidmətlər” sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni “Monitorinq” şöbəsi yaradılıb.

Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.

Eyni zamanda, Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.

Xəbər 2766 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +