Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


06.07.2020  14:48 

Postlardan qaytarılan maşınların sayı açıqlandı





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin elan olunmuş 16 rayonla bağlı ötən gün keçirdiyi reydin nəticəsini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 05.07.2020-ci il saat 00:00-dan 06.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1683 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 215 nəfər olmaqla ümumilikdə 1898 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 27-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 72, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 60-ı rayon, 56-ı paytaxt istiqamətinə olmaqla 116, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 207-i rayon, 95-i paytaxt istiqamətinə olmaqla 302 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 490 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər 2193 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +