Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


27.09.2017  18:14 

Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi





A+  A-

ATV telekanalında kadr dəyişiklikləri davam edir.
XəzərNews.az Azvision.az-a istinadən xəbər verir ki, İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu müvəqqəti olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti vəzifəsinə təyin olunub.

İctimai-siyasi verilişlər departamenti isə müvəqqəti olaraq Ceyhun Əliyə tapşırılıb.

ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan "Bozbash Pictures" və "Bacanaqlar" serialının yayımı dayandırılıb.

Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.

Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.


Xəbər 1776 dəfə oxunub.



01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +