Ruslan Kravçenko Ukraynanın baş prokuroru təyin edildi
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Lukaşenko inəklərə abidə qoyulmasını istəyir
İran səfiri erməniləri rahatlatdı: Sızma yoxdur
Azərbaycan İsraildən Güneyi vurmamağı xahiş edib?
Xaçmazda tələbə vəfat edib
İki rayona yeni prokuror təyin edilib
İrana Ermənistan mediasındakından daha açıq dəstək var - Deputat
Fidan Məmmədova saxlanılıb - 42 min manata ələ keçirib
Əcəb edib çəkilmişəm, vəssalam - Rasim Balayev


02.03.2021  13:11 

Sabah güclü külək əsəcək





A+  A-

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
XəzərNews.az xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək

Xəbər 3043 dəfə oxunub.




17.06.2025  16:41 

Xaçmazda tələbə vəfat edib

16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir


BÜTÜN XƏBƏRLƏR +