Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


25.07.2025  15:12 

Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?





A+  A-

"Qış aylarında Pirşağıda ictimai çimərlikdə dənizin qumu heç bir xəbərdarlıq, elan və ya izahat olunmadan daşınmağa başladı. Gəldilər, dənizin dibini qazdılar, sonra da sakitcə getdilər".

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazı paylaşılıb.

Qeyd olunub ki, həmin ərazidə dənizə girən insanlar boğulma təhlükəsi yaşayırlar:

"Az əvvəl gözümüzün önündə yaşlı bir kişi dənizə girdi və bir daha çıxmadı. O, uzağa getməmişdi – dənizdəki ölüm tələsi elə sahilin bir neçə metrliyindədir. Bundan əvvəl bir gənc oğlan, daha öncə isə orta yaşlı bir kişi eyni şəkildə həyatını itirib.

Bu sahəyə nəzarət edən bir qurum yoxdurmu? İnsan həyatının bu qədər dəyərsiz olduğu bir sistemmi qurmuşuq? Əgər bu qum yığımı kommersiya məqsədlidirsə – məsul qurumlar kimə icazə verib və bu icazəni nə əsasla verib? Əgər qeyri-qanunidirsə, niyə hələ də məsuliyyət daşıyan şəxs yoxdur?

Pirşağı çimərliyi hazırda mina sahəsinə çevrilib – sahilə girən hər kəs ölümlə üz-üzədir. Su birdən-birə dərinləşir, dibi sürüşkən və qeyri-bərabərdir. Amma heç bir yerdə xəbərdarlıq lövhəsi yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür".


Xəbər 553 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +