Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh
Minik avtomobili “KamAz“la toqquşub
Badamovun deportu: Putin ikibaşlı oyun aparır...


29.04.2025  16:30 

Milyonlarla borcu olan şirkətlər bağlandı





A+  A-

Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.

XəzərNews.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar "ALTİS” və "KOMETA-A” şirkətləridir. Hər iki MMC "Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.

Məlumat üçün bildirək ki, "ALTİS” şirkətinin hazırda 3 517 315,86 manat, "KOMETA-A” şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.

Bundan əlavə, həmin şirkətlərin qoşulduğu "Azlayihə İnşaat” MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.

Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. "ALTİS”in qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, "KOMETA-A”nın qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğludur.

2012-ci ildə dövlət qeydiyyatına alınan "Azlayihə İnşaat”ın isə qanuni təmsilçisi Hüsyenov Talıb Sabir oğludur.

Xəbər 1419 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +