“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda
Rusiyanın 13 regionu 112 PUA ilə vuruldu
Tramp fikrini niyə dəyişib?
İmtahana gizli telefon keçirənləri nə gözləyir?
Rusiyanın ən zəngin varisi - Yusif Ələkbərov
Bank kartlarından bu qədər pul oğurlandı
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi


30.09.2019  15:08 

“Dövlət büdcəsindən bir qəpik də “yeməmişəm”





A+  A-

“Mənim haqqımda sosial şəbəkələrdə tənqidi fikirlər söyləyirlər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov “Popumuz var” yutub layihəsinə qonaq olarkən deyib. Məşhur aparıcı tez-tez sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib:

“Bir ara gecələr yata bilmirdim. Deyirdim ki, insan mənim haqqımda niyə bu fikirdədirlər? Elə bir sahədən gəlmişəm ki, dövlət büdcəsindən bir qəpik də “yeməmişəm”. Kiminsə haqqına girməmişəm. Öz yerimdəyəm. Axı mənə niyə belə sözlər deyirlər? İndi isə tamam fərqlidir. Dünyanın pulunu qazanmış insanları görürəm. Hər şeyləri var. Amma mən o həyatı yaşamaq istəmirəm. Onlar elə qurbanlar verirlər ki… Özüm ailəmə, dostlarıma bağlı insanam. Bununla yaşanıram. O adamlar çox soyuq olurlar”.

M. Dadaşov verilişdə qeyd edib ki, Azərbaycanda müxalifət yoxdur: “Mən həm müxalifət, həm də iqtidarla əlaqədəyəm. Müəyyən anlarda danışıqlara körpü də oluram. İqtidar aləminin üzvlərinə deyirəm ki, filankəslər fərqlənir. Hamını eyni xəncərlə kəsmək olmaz. O insanın mövqeyi Azərbaycana, hakimiyyətə qarşı deyil. Özbaşınalığa qarşıdır. Eyni zamanda müxalifətçilərə həmişə deyirəm ki, belə etmək olmaz. Popurist fikirləri ilə özlərini hörmətdən salırlar. Ona görə də, ciddi müxalifət yoxdur. Cəmiyyət, hakimiyyət üçün müxalifətin olmamağı pis şeydir. Biz bunu oturub müzakirə edirik, sivil cəmiyyət yaratmaq istəyirik. Hamı istəyir ki, hər şey yaxşı olsun”.



Xəbər 1543 dəfə oxunub.




23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +