Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


26.09.2023  18:44 

Qubad İbadoğluna azadlıq tələbi ilə etiraz piketi keçirilib





A+  A-

Həbsdə olan Qubad İbadoğluna azadlıq tələbi ilə etiraz piketi keçirilib.

Xəzərnews.az xəbər verir ki, etiraz piketi sentyabrın 26-da Nərimanov Rayon Məhkəməsinin binasının yaxınlığında baş tutub.

ADRP-nin təşkilatçılığı ilə keçirilən piket Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında planlaşdırılsa da, polis əməkdaşları etirazçılara idarənin binası qarşısında aksiya verməyərək onları ərazidən kənarlaşdırıb.

Piket zamanı "Qubad İbadoğluna azadlıq" şüarı səsləndirilib.

Bildirək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Xəbər 1717 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +