Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


25.10.2023  13:08 

Binəqədi rayonunda marketdən ödəmə terminalı oğurlanıb





A+  A-

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan, içərisində 10 362 manat olan ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Xəzərnews.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Namiq Alxanov və həmyaşıdı Miri Fətiyev saxlanılıblar.

Araşdırma zamanı bu şəxslərin paytaxtın müxtəlif ərazilərində, habelə Abşeron rayonunda daha bir neçə marketdə quraşdırılan ödəniş terminallarından oğurluq etdikləri məlum olub.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. N.Alxanov və M.Fətiyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Xəbər 934 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +