Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


13.07.2022  10:02 

“Əsgərlikdə olmayıb və 14 ildir icra başçısıdır...”





A+  A-

“Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir”.

XəzərNews.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, bildirib ki, sözügedən icra başçısı əsgərlikdə də olmayıb: “Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ savaşında demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.

Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək.

Tək bir nümunə gətirim. Müharibə iştirakçısı general-polkovnik Əli Nağıyevin DTX-ya rəis təyin edilməsinə bu ölkədə kimsə etiraz etdimi? Xeyr. Nəticəsi də göz qabağında”.



Xatırladaq ki, Sabirabad rayonundan olan Vətən Müharibəsi qazısı Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl yaydığı video açıqlamada icra başçısı haqda ittihamlar səsləndirmişdi.

Elvinin yas mərasimində isə jurnalistlərin suallarını cavablandıran icra başçısı qazinin psixi problemlərinin olduğunu iddia etmişdi.

Xəbər 1399 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +