Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


23.12.2019  10:37 

“Ay bədbəxt, sən görmürsən ki, evliyəm?”





A+  A-

“Efirdə həyat yoldaşımı göstərdilər, 5-6 nəfər evlənmə təklifi etdi. Ay bədbəxt, sən görmürsən ki, evliyəm? Mən bir milyon kişinin arasına başı dik girib çıxa bilərəm. Həyat yoldaşım da bilir. O, keçmişimdən də, bu günümdən də xəbərdardır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” proqramında qonaq olarkən deyib. Sənətçi iş adamı Fazil Əmiraslanovla ailəli olduğu halda dəfələrlə evlilik təklifi aldığını söyləyib.

Bundan əlavə, Rəqsanə Xalq artisti Faiq Ağayevlə illər əvvəl yaşadığı qalmaqaldan danışıb:

“İllər əvvəl Xalq artistimiz Faiq Ağayev mənimlə səhnəyə çıxmaqdan imtina edib. Bakıda toyda olmuşuq, məclisi də Faiq bəy idarə edirdi. Toyun qurtarmağına bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır. Ola bilsin ki, mənim barədə ona doğru şeylər deməmişdilər. Telefonla danışdıq, məsələni həll etdik. İndi onu çox istəyirəm. Hətta, boğazı ağrıyanda buradan ona bal göndərmişdim”.

Xəbər 1573 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +