Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


16.12.2018  18:45 

BP-dən Azərbaycanla bağlı AÇIQLAMA





A+  A-

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb.
XəzərNews.az xəbər verir ki, bu barədə trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – “Şəfəq-Asiman” yatağında, digəri isə “Qobustan” onşor yatağında qazılacaq.

B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.

İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, “Şahdəniz”də isə - 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub.

Qeyd edək ki, BP Azerbaijan “AÇQ” , “Şahdəniz”, “Shallow Water Absheron Peninsula”, “Şəfəq-Asiman” və “Qobustan” yataqlarının operatorudur.



Xəbər 3212 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +