Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


03.04.2018  15:48 

Müdafiə Nazirliyi hesabat verdi





A+  A-

2018-ci il üçün tədbirlər planına əsasən mart ayında Müdafiə Nazirliyi dövlət qurumları, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, eləcə də ictimai birliklər ilə birgə hərbi hissələrdə müxtəlif mövzularda tədbir və layihələr həyata keçirib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Xocavənd, Şəmkir, Daşkəsən, Qusar, Abşeron, Qubadlı, Cəbrayıl, eləcə də Bakının Səbail, Nəsimi və Qaradağ rayonları icra hakimiyyətləri ilə birgə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik, Novruz bayramı münasibətilə, eləcə də Azərbaycanlıların soyqırımı və digər mövzularda 30-dək tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.

Nazirlikdən XəzərNews.az-a bildirilib ki, təşkil olunan tədbirlərdə şəxsi heyət, veteranlar, şəhid ailələrin üzvləri, hərbi qulluqçuların valideynləri, tələbələr və başqaları yaxından iştirak ediblər.

Kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə mart ayında Müdafiə Nazirliyi tərəfindən 123 rəsmi məlumat, 417 foto, 18 videomaterial hazırlanıb və media nümayəndələrinin 3 sualı cavablandırılıb.

Yerli televiziya kanalları tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılmasına 7 icazə məktubu verilib.

Hesabat dövründə Müdafiə Nazirliyi tərəfindən keçirilən 2 tədbirdə də televiziya kanalları və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.

Xəbər 1547 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +