Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


08.01.2018  12:21 

“Mənə arvadını təklif etdi, beynim çöndü...” - Yenilənib





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə S. Abıyev özünü təqsirli bilib: "Milyon faiz günahkaram. Onun mənə borcu var idi, istədim, pulunun olmadığını dedi. Sonra da borcuna qarşılıq həyat yoldaşını mənə təklif etdi, "arvadımdan xoşun gəlir?" deyə soruşdu, mən də bunun düz hərəkət olmadığını ona izah elədim. Sonra bir yerdə pivə içməyə getdik, içəndən sonra yenə arvadını mənə təklif etdi. Əsəbiləşdim, beynim çöndü, yerdən dəmir götürüb bir neçə dəfə vurdum, elə ordaca öldü. Sonra da həyətdə yer qazıb basdırdım".

Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

A.Bayramovun ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.

***

Mərhum A. Bayramovun həyat yoldaşı məhkəmədə ifadə verərək S. Abıyevin yalan danışdığını deyib: "İki ay əvvəl Seymur mənə zəng etdi, məndən xoşu gəldiyini, yaxın münasibətdə olmaq istədiyini dedi. Bir neçə dəfə mənə zəng etmişdi, Aminə demədim ki, dava edərlər. Bircə anama demişdim".

İstintaq zamanı da S. Abıyevin A.Bayramovun həyat yoldaşına zəng etdiyi aşkar olunub.

Xəbər 1873 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +