Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi


27.11.2023  21:17 

“Pensiya yaşı məsələsi çox qaldırılır”-Nazir





A+  A-

“Pensiya yaşı məsələsi çox qaldırılır”.

Xəzərnews.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63-dür:

“Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70 faizindən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayət qədər ciddi artım var. Orta pensiya məbləği üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir”.

Nazir median pensiyanın orta pensiyadan aşağı olmasına da aydınlıq gətirib. O deyib ki, bu, əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir:

“Əməkhaqqı sistemində əməkhaqqı alanların böyük hissəsi məhz aşağı ixtisaslı yerləşdiyinə görə daha aşağı əməkhaqqı alır. Median pensiya və median orta əməkhaqqı ilə orta pensiya, orta əməkhaqqı fərqlidir. Median ən yuxarı alandan ən aşağı alana qədər sıraya düzülür və ən ortadakı adam götürülür. Median dünyanın əksər ölkələrində orta pensiyadan aşağıdır. Amma məsələ nə qədər aşağı olmasıdır. Bizdəki göstərici kifayət qədər yaxşı görünür".

Xəbər 2599 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +