Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


14.03.2023  10:06 

Saatlıda polislə qarşıdurmada nə baş verib?





A+  A-

Xəbər verdiyimiz kimi, fevralın 13-də günorta saatlarında Saatlı rayon Orta Muğan və Nabatkənd kəndlərinin sakinləri suya görə etiraz ediblər, polislər aksiyanı dağıdıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə “Abzas Media”ya məlumat verən kənd sakinlərindən biri, etirazı Orta Muğan, Çolpı və Xanlar kəndlərinin sakinləri suya görə etdiyini və polislərin aksiyanı zorakılıqla dağıtdığını deyib.

Onun sözlərinə görə, kənd sakinləri su tələbi ilə yolu bağlayıblar, oradan olan körpünü keçmək istəyərkən, polislər müdaxilə edib və bu zaman qarşıdurma yaranıb:

“200-ə yaxın sakin etiraz edirdi. Polislər gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə etdilər. Biri 15 yaşlı uşaq olmaqla iki nəfər ağır yaralandı. Uşağın sol döş nahiyəsinə 4 rezin güllə vurdular. İkisini də təcili yardım apardı. Müharibə veteranları, qazilər tutuldular. Təkcə bizim kənddən 2 nəfər tutulub- Əsgərov Elşən və Rəşad Cəfərov” – deyə kənd sakini bildirib.

Kənd sakini deyir ki, hazırda kanalda nə təsərrüfat üçün, nə də içməyə su yoxdur.
Onun sözlərinə görə, su almaq üçün Sabirabada gedirlər:

“Burada susuzluq elə bir həddədir ki, yaşam demək olar ki, məhdudlaşıb. Keçən il dövlət maşın göndərirdi, 15-20 manatdan su satırdılar, bu il o da gəlməyib. Mən 3 ildir ki, suyu pulnan alıram. Hər ay çəni 2 dəfə doldururam , bu da 30 manata başa gəlir”.

Xəbər 2374 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +