Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


22.02.2023  09:04 

Heroin, metamfetamin, “Makarov” tapança... - Foto





A+  A-

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları üzərində narkotik vasitə və odlu silah-sursat daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini Heydər Həsənov saxlayıb. Şəxsi axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb.

XəzərNews.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu yayıb.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə Göyçay şəhər sakini Elvin Ədilov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib.

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə fərdi yaşayış evindən oğurluq edən şəxs tutulub. Belə ki, şəhər ərazisində yerləşən mənzillərin birindən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilən tədbirlərlə cinayəti törədən şəxsin rayon sakini Natiq Soltanov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı qızılları borclu olduğu şəxsə verdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Xəbər 2582 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +