Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


18.02.2022  23:41 

İstənilən etiraz aksiyası cəmiyyətdə bir SOS siqnalıdır





A+  A-

Yəni problem var və aidiyyəti qurumlar bu problemi həll etməlidir. Bu problemləri həll etmək əvəzinə, "müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik" kimi səviyyəsiz, vətəndaşda dövlətin qurumlarına qarşı aqressiya yaradan kampaniyaların aparılması ayıbdır, yolverilməzdir.

Lokal etirazların bu şəkildə basdırılması gələcəkdə etirazların üsyana çevrilməsinə şərait yaradır.

Hətta bunun bir təxribat ola biləcəyi ehtimalı varsa belə, onların irəli sürdükləri tələb dövlət qurumlarında rüşvətxorluğa, tanışbazlığa və s. kimi neqativ hallara qarşı yönəldiyi üçün cəmiyyətin hər bir üzvü tərəfindən alqışlandı.

Demək ki, bu problemlər uzun zamanlardı var və bu problemlərin həll olunmaması daha neçə-neçə təbii və ya təşkil olunmuş etirazlara zəmin yaradacaq.

O ki qaldı siyasi partiyaların bu kimi etirazlarda mövqeyinə, siyasətlə məşğul olan hər kəs öncə insan haqlarının müdafiəçisi olmalıdır.

Siyasi partiyalar hüququ tapdanan hər bir vətəndaşın səsini eşitməlidir.

Müxalifət partiyaları isə hakimiyyətin istənilən boşluğundan istifadə edib, öz təbliğatını qura bilər, bu da onun haqqı və hüququdir.

Lokal etirazlara siyasi don geyindirmək məsələsinə gəldikdə, burada bir məsələ şübhəsizdir - siyasi partiyalar bu istiqamətdə fiaskoya uğraya bilər. Çünki həmin etirazçılar öz etirazlarını siyasi yox, pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə edirlər.

Əlbəttə siyasi partiya vətəndaşın səsini eşitməli, yanında olmalıdır, lakin vətəndaşın həmin partiyanın yanında olacağını ummasıyla fiaskoya yuvarlanacağını da bilməlidir.

Bu məsələdə əsas yük hüquq müdafiəçilərinin üzərinə düşür. Göstərdikləri fəaliyyətə görə onlara təşəkkür edirik.

Anar Əsədli
AY Partiya Başqanı

Xəbər 9403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +