Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


07.02.2019  11:57 

Dövlət sərhədini pozan əcnəbilər saxlanıldı





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
DSX-dən XəzərNews.az-a verilən məlumata görə, son gün­lərdə döv­lət sərhədini pozmağa cəhd edərkən 2 Şri-Lanka, 1 Özbəkistan, 1 Azər­baycan vətəndaşları, həmçinin dövlət sərhədinin pozulması ilə əla­qədar cina­yətlərin iştirakçısı olan 1 Şri-Lanka və 3 Azərbaycan vətən­daş­ları saxlanılıb.

15 yanvar tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda "Bakı-London” reysi ilə uçmağa hazırlaşan Şri-lanka vətəndaşları 1972-ci il təvəllüdlü Subramaniyam Rasenthiram və 1999-cu il təvəllüdlü Siththira­sekaram Panusam sənədlərin rəsmiləş­dirilməsi zamanı təqdim etdikləri Böyük Britaniyaya məxsus vizaları saxta olduğundan saxlanılıblar. Keçi­ril­miş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta sənədlərin əldə olunması, düzəldilməsi, istifadəsində şübhəli bilinən Şri-Lanka vətəndaşı 1982-ci il tə­vəl­lüdlü Sivangnanam Kirusanthan və onunla əlbir olan Azərbaycan vətən­daşları 1986-cı il təvəllüdlü Mövlayev İlqar Dilqəm oğlu, 1983-cü il təvəl­lüdlü Ağalarov Ramazan Mirtalıb oğlu və 1993-cü il təvəllüdlü Piriyev Şahin Əhmədağa oğlu saxlanılıblar.

18 yanvar tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Qusar rayonunun Samur qə­sə­bəsinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbay­candan Rusiya istiqamətində dövlət sərhə­dini pozmağa cəhd edərkən Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Alıoğlu Orxan Famil oğlu sərhəd pozucusu qismində saxlanıl­ıb. 20 yanvar tarixində eyni ərazisindən və eyni istiqamətdə dövlət sərhə­dini pozmağa cəhd edərkən Özbəkistan vətəndaşı 1951-ci il təvəllüdlü Nurmakhammadov Ramazon Nurmaham­mad oğlu sərhəd pozu­cusu qis­mində saxlanılıb. Hər iki şəxsin üzərində Rüsiya Federasiyasından de­por­tasiya olunması barədə arayışlar aşkarlan­ıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2858 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +