Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


30.12.2018  10:04 

Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbi Beynəlxalq Muğam Mərkəzində konsert verib





A+  A-

28 dekabr 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində yeni yaradılmış “Sehirli simlər” violinçilər ansamblının debüt konserti keçirilib. Konsert Yeni il və 31 dekabr Dünya Azərbaycanlılarının Hənrəylik Gününə həsr olunmuşdu. Ansamblın bədii rəhbəri, Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin direktoru, əməkdar müəllim İlhamə Ağayevadır.
XəzərNews.az xəbər verir ki, konsertdə giriş sözü ilə açan İ.Ağayayeva mədəniyyətin inkişafına ölkə başçısı zati-aliləri İlham Əliyev, o cümlədən, Birinci Vitse-Prezident Mehirban Əliyeva tərəfindən ölkə mədəniyyətinin inkişafına göstərilən yüksək qayğı və diqqətdən danışıb, eyni zamanda dünya azərbaycanlılarını birləşdirən musiqi dəyərlərinə verilən əhəmiyyətli dəstəkdən söz açıb.

Sonra dinləyicilərə biri- birindən gözəl musiqi əsərləri təqdim olunub.

Gənc iştirakçıları səhnədə müşayiət edən Respublika və beynəlxalq müsabiqələr laurantı Ləman Hüseynova və Fəqan Həsənlinin ifaları yüksək professionallığı ilə seçilib.

Ansambl V.Adıgözəlovun “Laylay” , Azəraycan xalq mahnısı “Sarı Gəlin” , E.Elqarın “Salut ol, Amur”,O.Farresin “Quizas” və bir sıra başqa əsərlərini ifa edərək dinləyicilərin musiqi zövqünə rəng qatıb. Gənc musiqiçilərin sehrli simlərindən çıxan əsrarəngiz musiqi tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Sonda Bekmanın “Yoloçka” və Pyerpontun “Cingle Bells” əsərlərindən parçalar hamının ürəyincə olub.

Konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin işçiləri, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Bakı şəhər Uşaq Musiqi Məktəbinin direktorları və digər qonaqlar iştirak edib.




Xəbər 3063 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +