Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


28.12.2018  19:17 

Dövlət qulluğu imtahanını cəmi 25 % şəxs uğurla verib





A+  A-

İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dekabrın 23-də keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında bəzi statistik göstəricilər açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən şəxslərdən 1394-ü ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərdir. Onlardan 397 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 56 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 15-i imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışa bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən 343-ü imtahanda iştirak üçün qeydiyyatdan keçib və onlardan 51-i müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12-si uğur qazanıb.

Ümumilikdə imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475-i (25,7 faiz) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Növbəti müsahibə elanları dim.gov.az saytında yerləşdiriləcək.

Xəbər 2800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +