Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


26.12.2018  16:19 

Nazirlik “Vergi xəbərçiləri” məsələsinə nöqtə qoydu





A+  A-

Son iki gündür ki, bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlar yer alıb. Bildirilir ki, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər.
XəzərNews.az-ın məlumatına görə, “Vergi xəbərçiləri” ilə bağlı məsələyə aydınlıq gətirən Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur:

“Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib”.

Rəsmi məlumata görə, hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir:

“Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və lüzumsuz müzakirələrə yol verməsinlər”.


Xəbər 2873 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +