Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


24.12.2018  14:07 

General vətəndaşlara müraciət etdi





A+  A-

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bayram günlərində gömrük-sərhəd keçid məntəqələrində yarana biləcək sıxlıqlarla bağlı vətəndaşlara çağırış edib.
XəzərNews.az xəbər verir ki, DGK sədri jurnalistlərə açıqlamasında deyib ki, istər yaz periodunda, istərsə də indi Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: "Çalışırıq ki, bütün texniki imkanlarımızdan istifadə edərək, sıxlığı aradan qaldıraq. Bu cür sıxlıqlar dünyanın hər yerində mövcuddur. Sərnişin axının çox olmasının müəyyən pik saatıarı var. O cümlədən nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı da müəyyən pik saatlar mövcuddur.

O demək deyil ki, hər hansı gömrük keçid məntəqəsində sıxlıq varsa, bu daimidir. Bir neçə saat ərzində baş verən sıxlığı aradan qaldırmaq üçün hər iki qurum gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə cənub regionunda yaşayan vətəndaşlarımıza tövsiyəmiz var. Onlar səhər 9-10 radələrində gömrükdən keçməyə çalışır. Amma günorta saatlarında vətəndaşlar sərhəd-keçid məntəqələrində keçə biləcəyi halda, hər kəs səhər saatlarında getməyə çalışır. Vətəndaşlardan xahişimiz odur ki, saat məsələsini nəzərə alsınlar".

S.Mehdiyev həmçinin vurğulayıb ki, "elektron növbə" sistemi "Yaşıl dəhliz" sisteminin tətbiqindən sonra qüvvəyə minəcək: "Bunun üçün informasiya texniki vasitələrinin alınması, proqram təminatının qurulması, həm daxili imkanlarımız, proqramistlər tərəfindən, dünyaca məşhur olan şirkətlər tərəfindən həyata keçirilməsi ilə bağlı ilkin layihələndirmə işləri aparılır. Yəqin ki, 2019-cu ilin ortalarına doğru bu layihəni də həyata keçirəcəyik".

Xəbər 2928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +