Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


08.11.2018  11:21 

Yaşayış minumumunun artırılması təklif edilib





A+  A-

“Yaşayış minimumunun 180 manat müəyyən edilməsi yoxsulluğun 5,4 faizdən 5,1 faizə enməsinə səbəb olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov parlamentdə büdcə layihəsinin “Yaşayış minimumu haqqında” və “Ehtiyac meyarı” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif olunan rəqəm reallığa adekvat olan rəqəmdir: “Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”.

Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə təklif olan 180 manat yaşayış minumumunun 190 manata çatdırılmasını təklif edib.

H. Rəcəbli həmçinin əlavə edib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sahibkarlardan 14 faiz gəlir vergisi tutulmayacaq: “O biri tərəfdən isə əvvəllər 22 faiz sığortaya sığorta haqqı ödəyirdilər. Bu rəqəm 26 faizə çatdırılıb. Bunun da 10 faizini işçi,16 faizini isə işəgötürən verəcək. Belə olan təqdirdə istər -istəməz əməkhaqqı artır. Bəzi maliyyə imkanları yaranır. Buna görə də biz yaşayış minumununa dönə bilərik. 180 manatı 190 manata çatdıra bilərik”.

Xəbər 3149 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +