Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb


01.03.2018  16:49 

Baytarlıq Xidməti at əti aşkarlandı





A+  A-

Balakən rayonunda qanunsuz kəsilmiş at əti aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən XəzərNews.az-a verilən xəbərə görə, martın 1-də daxil olmuş məlumat əsasında xidmətin Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumovun həyətinə baxış keçirilmişdir. Baxış zamanı həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, talvardan soyularaq asılmış, sağlamlığına dair heç bir sənədi olmayan şaqqalara ayrılmış 1 baş atın cəmdəyi, həmçinin ev sahibinə məxsus 10-FN-974 dövlət nömrə nişanlı “Jiquli” markalı minik avtomobilinin yük yerində 1 ədəd atın başı, dərisi, 4 ədəd at ayağı və atın daxili orqanları aşkar edilmişdir.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.

At kəsimi ilə məşğul olan Ramazan Muğumov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi, at ətinin tədarükü ilə məşğul olduğunu etiraf etmiş, eləcə də həmin atı öz istifadəsi və satmaq üçün kəsidiyini bildirmişdir.

Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Nəcməddin oğlu Muğumova məxsus və onun tərəfindən antisanitar şəraitdə kəsilmiş atın 120 kq çəkisində olan əti müayinəsi başa çatana kimi saxlama kamerasına yerləşdirilmişdir.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

Araşdırma aparılması məqsədilə toplanmış materiallar Balakən Rayon Polis Şöbəsinə göndəriləcəkdir.

Xəbər 2779 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +