Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


03.11.2017  15:45 

Müəllif qonorarı ödəməyənlər həbs olunacaq





A+  A-

Nazirlər Kabinetinin yeni qərarı ilə toy mərasimlərində musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.
XəzərNews.az APA-ya istinadən bildirir ki, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir.

Müəllif Hüquqları Agentliyi bildirir ki, bu qonorar şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə obyektlərin sahibləri tərəfindən ödənilməlidir.

Mövcud qanunvericiliyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına, o cümlədən müəllif qonorarını ödəməkdən yayınmaya görə istifadəçiləri ciddi mülki, inzibati və cinayət məsuliyyəti gözləyir.

Xəbər 3026 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +