Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


27.10.2017  17:51 

Nazir müəllimlərin maaşından danışdı





A+  A-

“Azərbaycanda müəllimlərin əmək haqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov müəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimində bildirib. O, son 3 ildə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparıldığını deyib. Bu müddətdə 150 min müəllimin bilik və bacarıqları yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.

Nazir qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərin əmək haqqı artırılıb, orta aylıq əmək haqqı 465 manat təşkil edib: “Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub və onların əmək haqqı gələn ildən artırılacaq. Bu il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul edilib”.

M. Cabbarov vurğulayıb ki, bu il yüksək bal toplayan tələbələr arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1359 nəfər tələbə müəllimlik ixtisasını seçib.

Xəbər 2840 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +