Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


27.10.2017  16:23 

“Jurnalistlər evi”ndən pay almayan mətbuat katiblərinə mənzil verilib





A+  A-

2017-ci il iylun 22-də - Milli Mətbuat günündə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binanın açılışı oldu. Həmin gün Prezident İlham Əliyevin sərəncamına əsasən daha 254 jurnalistə mənzil hədiyyə edildi. Azərbaycanda jurnalistlər üçün təmənnasız mənzil tikintisinə 2010-cu ildən başlanılıb. Həmin il təməli qoyulan ilk binanın açılışı 2013-cü ilin 22 iyulunda baş tutub və ölkə başçısının adından 156 jurnalistə yaşayış üçün təmirli mənzillər bağışlanılıb.
Builki Milli Mətbuat günündə 3-cü binanın da təməli qoyulub.

Bu il KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu may ayının 22-dən başlayaraq iyun ayının 22-dək davam etdirilmişdi. Bu müddət ərzində yaradılmış Müvafiq Komissiyaya 850-ə yaxın sənəd təqdim edilmişdi, amma bəziləri şərtlərə uyğun gəlmədiyindən namizədlikləri qeydə alınmamışdı.

Mənzil almağa namizədliyini irəli sürənlər arasında jurnalistlərlə yanaşı, bir çox dövlət qurumları və nazirliklərin mətbuat katibləri, mətbuat xidmətlərinin əməkdaşları, rəsmi qurumların sahə qəetlərinin işçiləri də vardı.

Amma onların hamısı sevinə bilmədi. Belə ki, mənzil hədiyyə edilənlərin arasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Diasporla iş üzrə Dövlət Komitəsinindən Elşad Miraləmin, Mədəniyyət və Turizm Nazirliyindən İntiqam Hümbətov, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlunun adı vardı.

Məlum idi ki, bu il demək olar ki, bütün nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri, mətbuat xidmətlərinin əməkdaşları mənzil almaq üçün öz namizədliyini vermişdi. Amma mənzil almağa namizəd çox, mənzil sayı az olduğundan son qərarı verən rəsmi Komissiya mətbuat xidmətlərinin əməkdaşlarının əksər qismini siyahıdan kənarda saxlamaq məcburiyyətində qaldı.

XəzərNews.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, builki mənzil bölgüsündən pay ala bilməyən mətbuat xidmətlərinin əməkdaşları – mətbuat katibləri bu günlərdə seviniblər. Onların bir çoxuna təmsil olunduqları nazirliklər tərəfindən mənzil hədiyyə edilib.

Xəbər 3785 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +