Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


17.07.2017  14:51 

7 evdən oğurluq edənlər tutuldu





A+  A-

Sumqayıtda silsilə oğurluqlar törədən şəxslər şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, 7 evdən oğurluq edən Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyev saxlanılıb.

O, bu ilin aprel ayından başlayaraq Sumqayıt şəhəri Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evlərindən oğurluq etməyə başlayıb. M.Əliyev istintaqa ifadəsi zamanı Sumqayıt şəhərində 7 evdən pul, qızıl-zinət əşyaları, noutbuk, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, M.Əliyev mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurub.

Araşdırmalar zamanı M.Əliyevin Binəqədi və Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən də oğurluq etdiyi məlum olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər ərazisində silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev də saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub. N.Əliyev oğurladığı velosipedləri Sumqayıt şəhərində yerləşən bazarlardan birində satdığını bildirib.

Xəbər 3049 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +