Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


05.07.2017  12:57 

Azərbaycan sərhədini qanunsuz keçərkən öldürüldü





A+  A-

Dövlət Sərhəd Xidmətinin əməkdaşları dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar.
XəzərNews.az xəbər verir ki, 05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib.Təqib olunan sərhəd pozucusu sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.

Sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2836 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +