Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


01.07.2017  13:08 

“Nardaran işi” yenidən hakim qarşısında





A+  A-

"Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən şikayət üzrə iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, proses hakim Əmir Bayramovun sədrliyi ilə keçiriləcək. İlkin baxış iclası iyulun 7-nə təyin edilib.

Xatıradaq ki, hökmdən sonra verilən şikayət əsasında iş icraata götürülmüşdü və iyunun 8-də ilkin iclas keçirilmişdi. Həmin iclasda müdafiə tərəfi birinci instansiya məhkəməsində hökm oxunduqdan sonra məhkəmə iclaslarının protokolları ilə tanış olmadıqlarını və protokola qeyd vermək istədiklərini bildirmişdilər. Buna görə də iş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm ilə Taleh Bağırov 20 il, Abbas Hüseyn 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev 14 il 6 ay, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə 14 il 6 ay, Şamil Abduləliyev14 il 6 ay, Aqil İsmayılov 14 il 6 ay, Ramin Yariyev 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Xəbər 3105 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +