Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


23.06.2017  16:43 

Sumqayıtda xüsusi əməliyyat keçirildi





A+  A-

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin alqı-satqısı və kultivasiyası ilə məşğul olan 3 nəfər zərərsizləşdirilib, qanunsuz dövriyyədən isə 12 kiloqrama yaxın narkotik maddə çıxarılıb.
DİN-dən XəzərNews.az-a bildirilib ki, Sumqayıt ŞPİ Cinayət Axtarış Şöbəsi (CAŞ) və 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində Saray bağlar massivində yaşayan əvvəllər məhkum olunmuş Qiyas Bayramov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən ümumi çəkisi 4 kiloqram 900 qram olan 76 ədəd çətənə kolu, mənzildən isə əlavə olaraq 5 kiloqram 800 qram çəkidə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Elməddin Ağayev də saxlanılıb. Onun əlindəki bağlamaya baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlov da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 465 qram qurudulmuş marixuana götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPi-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbər 3309 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +