Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


17.02.2017  12:47 

Bahar Muradova İRAD TUTDU: “Bəzi məlumatlar düzgün çatdırılmır”





A+  A-


“Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə olunub. Bu uğurların əksəriyyəti mətbuatla bağlıdır”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova KİV nümayəndələri ilə görüşündə deyib.

Bahar Muradova bildirib ki, parlament mətbuatın işinə çox önəm verir.

“Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin işıqlandırılması, parlament- media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik.

Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırki mərhələyə gəlib çıxıb.

Millət vəkilləri də, jurnalistlər də xalqın adından danışır, onların hüquqlarnı müdafiə edir.

Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik.

Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru -düzgün çatdırılmasında müəyyən problemlər var. Bu günkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, mətbuatın yardımına ehtiyacımız olan məsələləri müzakirə etməkdir”.

 



Xəbər 15602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +