Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib


17.02.2017  10:34 

«Azərbaycan Dəmir Yolları» gücləndirilmiş iş rejiminə keçdi





A+  A-


Respublika ərazisində müşahidə olunan sərt hava şəraiti ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi gücləndirilmiş iş rejimində çalışır.

Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildiib ki, hava şəraiti ilə əlaqədar olaraq sürət həddinin azaldılması səbəbindən qısamüddətli gecikmələr olub:

“Bunlar nəzərə alınmasa, qatarların hərəkətində heç bir problem qeydə alnmayıb. Bu günlərdə sərnişinlər dəmir yolundan istifadəyə üstünlük verirlər. Bununla bağlı gün ərzində ölkədaxili işləyən sərnişin qatarlarında 1000 nəfərdən çox artım müşahidə olunur. Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir”.

S.Qədirova qeyd edib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib:

“Sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, qartəmizləyən texnikalar saz vəziyyətə gətirilir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının istilik sistemi bir daha yoxlanılır. Eyni zamanda vağzallardakı gözləmə zallarında istilik sisteminin, kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır”.

(modern.az)



Xəbər 3602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +