Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


28.05.2024  15:09 

“Qızlar təhsildən uzaqlaşdırılanda ərə getmək istəyir“ - Novella Cəfəroğlu





A+  A-

Xəbər verdiyimiz kimi, nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan edilə bilər. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib. O, uşaq hüquqları ilə bağlı yeni hazırlanan qanunda bu kimi bir çox önəmli məqamların öz əksini tapacağını bildirib.

Xəzərnews.az xəbər verir ki, Bakupost.az-a açıqlamasında Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qəbul edilən qərarların icrasına başlanmasının vacib olduğunu bildirib.

Onun sözlərinə görə, hazırda da nikah yaşına çatmayan qızlara dini kəbin kəsdirilməsi ilə bağlı qadağa var:


"Bunu edən din xadimləri məsuliyyət daşımalıdır. Mən təklif edərdim ki, qızların orta məktəbi bitirməsi məcburi olsun. Buna görə valideynlər məsuliyyət daşımalıdır. Bu gün əksər qızları valideynləri 9-cu sinifdən məktəbdən çıxarırlar. Məktəbə getməyən qız evdə qalanda ata-anasının əsarətindən qurtulmaq üçün özü də istəyir ki, ərə getsin. Ərə də gedəndə qayınananın əlinin altına düşür.

Bu gün bəzi rayonlarımızda peşə məktəbləri açılır. Qızlarımızı bu məktəblərə cəlb etmək lazımdır. Onlar tibb bacısı, dərzi, saç ustası kimi peşələrə yiyələnə bilərlər. Ərə getməkdənsə, birinci peşə sahibi olmaq lazımdır. Qadağalarla çox şeyə nail olmaq olmur. Qızların təhsil alması, peşə sahibi olması daha çox vacibdir. Erkən nikaha görə isə din xadimləri, bələdiyyələr və digər müvafiq qurumlar məsuliyyət daşıyır”.


Xəbər 12510 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +