Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


28.04.2024  10:55 

Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır





A+  A-

Sabahdan Ermənistanda yay hərbi xidmətə çağırış başlayacaq və proses iyulun 31-dək aparılacaq. Bu barədə hökumətin yeni verdiyi qərara əsasən, müddətli həqiqi hərbi xidmət keçmiş vətəndaşlar iyulun 31-dək tərxis olunacaqlar. Eyni zamanda 2024-cü il martın 1-dək könüllü olaraq hərbi xidmətə qəbul olmaq üçün ərizə vermiş qadınlar da hərbi xidmətə 29 apreldən çağırılacaqlar.

Xəzərnews.az xəbər verir ki, hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a şərhində bildirib ki, kiçik bir ordusu olan Ermənistanda həqiqi hərbi xidmətə çağırışın müddətinin iki ay davam etdirilməsi Ermənistan ordusunun şəxsi heyətinin formalaşdırılmasında problemlərin olmasından xəbər verir.



İki həftə öncə Hərbi çağırış haqqında qanuna əqli çatışmazlıq problemləri olan vətəndaşların da bundan sonra hərbi xidmətə çağırılacağı barədə əlavə etdilər. Bu addım da Ermənistan silahlı qüvvələrinin komplektləşdirilməsində əsgər çatışmazlığından irəli gəlirdi:

“Bu sahədə vəziyyət o dərəcədə ağırdır ki, artıq qadınları da hərbi xidmətə çağırırlar. Bütün bunlar ondan qaynaqlanır ki, Ermənistanda hərbi xidmət yaşı çatmış vətəndaşlar xidmət keçməkdən yayınırlar. Ya yararsız olduqları barədə saxta sənədlər əldə edirlər, ya da ölkəni tək edib gedirlər. Daha bir problem isə Ermənistanda demorqafik vəziyyətin mənfi yön almasıdır. Ermənistanda əhalinin sayında artım baş vermir. Bu da ildən ilə silahlı qüvvələrinin şəxsi heyətinin formalaşdırılmasında ciddi problemlər meydana gətirir”.

Xəbər 5054 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +