Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


24.04.2024  10:58 

“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz“ -VİDEO





A+  A-

İki həftə əvvəl Nəsimi rayonu Həsən Əliyev küçəsində vətəndaş Natiq Həsənova məxsus fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsi barədə məlumat vermişdik. Ev sahibi bildirmişdi ki, məhkəmə qərarı və ekspertiza rəyi olmasına baxmayaraq, Nəsimi Rayon Məhkəməsinin icraçıları onları zorla evdən çıxarıblar.

Natiq Həsənov bu gün "Qafqazinfo”ya bildirib ki, məsələ ictimailəşdikdən sonra icraçılar işlərini dayandırıblar. Bundan sonra isə öz hesabına yenidən evini təmir edib.

Vətəndaşın sözlərinə görə, polis əməkdaşlarının köməkliyi nəticəsində təmir işlərinə maneə yaradılmayıb. Bu gün isə icra məmurlarının hərəkətlərinə görə, Ədliyyə Nazirliyində qəbulda olub: "Nazirlik katibliyinin yeni rəisi Əbülfət Həsənovun qəbulunda oldum. Başımıza gətirilənlər barədə geniş məlumat verdim. Bu işin arxasında məmur dayandığını da dedim. Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz. Söz verdi ki, məsələni araşdıracaq, nəticəsindən asılı olaraq problemimizin həllinə çalışacaq”.

Şikayətçi iddia edir ki, hansısa məmur rüşvət qaşılığında onun evini sökdürür. Bu səbəbdən hələ də onlara qarşı təzyiqlər davam edir.

Natiq Həsənov xüsusilə Baş Prokurorluğun məsələni nəzarəti götürməsini istəyir

Şikayətçi qarşı tərəfin də məhkəməyə müraciət etdiyini qeyd edib. Ümid edir ki, məhkəmə onun hüquqlarını tanıyacaq və qanunun tələbinə uyğun qərar qəbul edəcək.






Xəbər 5056 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +