Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


20.04.2024  12:14 

Xaricdə fəaliyyət göstərən bəzi “alimlər” Vətən müharibəsində...





A+  A-

Tarixin Qafqaz Albaniyası ilə bağlı dövrü tam araşdırmalayıb. Yeni gənc nəslin, tarixçilərin bu istiqamətə yönəldilmələrinə ehtiyac var. 1000 illik tarixi olan Qafqaz Albaniyasında 26 fərqli dildə danışan tayfalar olub. Bugünkü Azərbaycan cəmiyyətini təhlil etdikdə ölkəmizin multikulturalizm ənənələrinin haradan qaynaqlandığını görmək olar. Biz həmin multikulturalizm ənənələrindən keçərək bu günə gəlib çıxmışıq.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Mültikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

R. Həsənov tarixi tədqiqatlar nəticəsində yeni xəritələrin ortaya çıxması ilə bağlı həqiqətlərin bəzilərini narahat etdiyini vurğulayıb. Bildirib ki, Qafqaz Albaniyası bir ölkənin coğrafiyasında deyil. Bütün xalqlar bu məsələdə daha çox həssaslıq göstərməli, elm adamları bu irsin qorunub saxlanılmasında maraqlı olmalıdırlar:

“Bizim mərkəzimiz xaricdə dərc edilmiş, tapılmış materialların hər birinə maraq göstərir, onları araşdırır. Xaricdə fəaliyyət göstərən bəzi “alimlər” Vətən müharibəsində guya Azərbaycanın Qafqaz Albaniyasına aid tarixi-mədəni abidələri, kilsələri dağıtması ilə bağlı sosial mediada saxta fotolar paylaşırlar. Halbuki həmin fotoların 2008-ci ildə Ermənistanın işğal dövründə çəkilməsi həqiqətdir. Bizim niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir”.


Xəbər 4069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +