Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi
Telejurnalist ABŞ-da vətəndaşlıq statusu alıb
Polis qoşunları Eçmiədzinin Ana taxtına daxil olub
Dneprə hücum zamanı ölənlərin sayı artır
Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi


11.03.2024  13:24 

Azərbaycanda yeni vençur fondu yaradılacaq





A+  A-

Azərbaycanda kapitallaşması 10 milyon ABŞ dolları həcmində olan yeni vençur fondu yaradılacaq.

Xəzərnews.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.

"O, sabit vençur fondu yox bir neçə xarici və yaxud qlobal vençur fondunun Azərbaycana gəlməsi şəklində yaradıla bilər. Burada əsas məsələ ondan ibarətdir ki, ilk vençur fondu yaradılandan sonra biz gördük ki, bu, xarici startapların Azərbaycana gəlmək və burada investisiya cəlbetmə marağını artırır. Bu cür fondlar fərqli mərhələdə startaplara fokuslanır. Hazırda daha çox təzə-təzə satışlara başlayan startaplara daha kiçik məbləğlərlə yatırım olunur", - deyə o qeyd edib.

Y. Bikmurzina bildirib ki, yeni vençur fondu daha böyük yatırımlar etməyə fokuslanacaq: "Artıq həm korporativ tərəfdaşlarla, həm də ekosistem oyunçuları ilə təmaslara başlanılıb. Qlobal oyunçulardan “Startup Wise Guys”, “White Hill Capital”, “Startapbootcamp” kimi vençur fondları ilə bu istiqamətdə danışıqlar gedir. Yeni fond nəticə etibarı ilə Azərbaycanda startaplara və ya xaricdə yaşayan azərbaycanlılar tərəfindən təsis edilən startaplara əlavə yatırımlar edilməsi üçün imkan yaradacaq".

Xatırladaq ki, ilk “Caucasus Ventures” adlanan vençur fondu 2022-ci ildə yaradılıb. Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb./Report

Xəbər 2553 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +