Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda


27.02.2024  11:11 

“Dünyada ciddi bir anti-Azərbaycan əhval-ruhiyyəsi...”





A+  A-

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov “Sumqayıt hadisə”lərindən yazıb.

Sabah- fevral ayının 28-i Azərbaycan tarixinə “Sumqayıt hadisəsi” günü kimi düşüb. O, müdhiş təxribat əməlindən bizi düz 36 il ayırır.

1988-ci il fevralın 28-də tötədilmiş həmin hadisə sonrakı araşdırmalardan məlum oldu ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi növbəti məqsədyönlü təxribatların tərkib hissəsi imiş.

Məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdıraraq azərbaycanlıları vəhşi, qaniçən bir xalq kimi qələmə vermək və ermənilərin Dağlıq Qarabağda az sonra başladacağı etnik separatizmə bəraət qazandırmaq, dünyada ciddi bir anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq imiş.



Azərbaycan dövlətinin sonrakı illərdəki xüsusi səyi ilə aparılan təhqiqat və alınmış şahid ifadələri sübut etdi ki, Sumqayıt hadisələrinin təşkilatçısı erməni millətinə mənsub, SSRİ və Ermənistan DTX-nın ağenti, iki dəfə məhkum edilmiş Eduard Qriqoryan adlı xüsusi hazırlanmış şəxs və rəhbərlik etdiyi təxribatçı qrup olmuş ki, onlar həmin hadisələnin gedişində beş ermənini şəxsən qətlə yetirmişlər.

Bir sözlə, Sumqayıtda etnik zəmində törədilən həmin o bəlli iğtişaş heç də həmin dövrdə təqdim olunduğu kimi sıradan bir kriminal olay deyilmiş. Bu hadisə erməni millətçilərinin Dağlıq Qarabağda başlatmağa hazırlaşdıqları etnik separatizm və Azərbaycana qarşı irəli sürəcəkləri gələcək ərazi iddiası siyasətinin hazırlıq mərhələsi iimiş.

Əli Həsənov
Professor




Xəbər 2847 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +